Fev 04, 2021 14:02 Asia/Baku
  • İngiltərədə səhiyyə böhranı davam edir

COVID-19 epidemiyasının geniş miqyas almasının davam etməsi İngiltərə xəstəxanalarını böhranla üzləşdirib.

SəhərAzəri xəbər verir, xəstəxanalarda reanimasiya və intensiv terapiya bölmələrində boş çarpayının olmaması səbəbindən İngiltərə Milli Səhiyyə Təşkilatı gündəlik surətdə orta hesabla otuz səkkizə yaxın koronavirus xəstəsini bir xəstəxanadan digər bir xəstəxanaya köçürmək məcburiyyətində qalıbdır.

«Qardian» qəzeti yazıb: İngiltərə Milli Səhiyyə Təşkilatı yanvar ayında xəstəxanalarda reanimasiya və intensiv terapiya bölmələrində boş çarpayının olmaması səbəbindən min yetmiş doqquz koronavirus xəstəsini bir xəstəxanadan digər bir xəstəxanaya köçürüb.

İngiltərənin baş naziri Boris Consonun sözlərinə görə, otuz iki mindən çox koronavirus xəstəsi hələ də xəstəxanalarda yatır.

Boris Conson özünün sonuncu çıxışında bu ölkə xəstəxanalarının COVID-19 xəstələri ilə dolmasına rəğmən, İngiltərədə bu xəstəliyə yoluxma prosesinin azalmağa doğru getdyini iddia etdi.

O, peyvənd vurulmasının davam etdirilməsinin vacibliyini vurğulayaraq bildirdi ki, gələn həftə bu ölkədə koronavirusun vəziyyətini araşdıracaq ki, lazım gələrsə, yeni qərarlar qəbul edilmiş olsun.

Ümumdünya Səhiyyə Təşkilatının saytında dərc olunmuş statistikaya görə, İngiltərədə koronavirus epidemiyasının əvvəlindən bəri üç milyon 852 min 627 nəfər bu virusa yoluxub, 108 min on üç nəfər isə həyatını itirib.

İngiltərə koronavirusla əlaqədar ölümlərin sayına görə dünyada beşinci yeri tutur və yüz mindən çox COVID-19 ölümü statistikasına malik ilk Avropa ölkəsidir.

Teqlər