İsveçrədə COVID-19 məhdudiyyətlərinə qarşı nümayiş keçirilib
Fev 07, 2021 15:04 Asia/Baku
Ağ paltar geyinmiş bir qrup isveçrəli, bu ölkənin Çuq şəhərində COVID-19 məhdudiyyətlərinə qarşı nümayiş keçirib.
SəhərAzəri xəbər verir ki, Beş yüzə yaxın insanın iştirak etdiyi nümayiş keçən həftə bəzi Avropa ölkələrində keçirilən etirazların davamıdır.
İsveçrədəki COVID-19 məhdudiyyətləri Almaniya, Avstriya və İtaliya ilə müqayisədə kəskin olmasa da, etirazlara səbəb olubdur.
İsveçrə səhiyyə naziri Alen Brest, ötən həftə hökumətin ən azı fevral ayının sonuna qədər koronavirus məhdudiyyətlərini saxlamağı planlaşdırdığını vurğuladı.
İndiyədək İsveçrədə 530 mindən çox insan koronavirusa yoluxub. Yoluxanlardan təqribən doqquz min nəfər də həyatını itiribdir.