Konqresə hücum Amerikaya 438 milyon dollara başa gəldi
ABŞ müdafiə nazirliyi bildirib ki, bu ölkənin prezidenti Co Baydenin inaqurasiya mərasiminin təhlükəsizliyinin qorunması üçün milli qvardiya qüvvələrinin göndərilməsi 438 milyon dollara yaxın xərc gətirib.
SəhərAzəri xəbər verir ki, Pentaqon sözçüsü Con Kerbi müxbirlərə deyib: Personal üçün 284 milyon dollar, əməliyyat üçün isə 199 milyon dollar xərc çəkilibdir.
Milli Qvardiya İdarəsinin sözçüsü Vin Hal görülmüş tədbirlərin şərhində sonra belə deyib: Əməliyyat xərcləri məskunlaşma məkanı, üç dəfə yemək, daşınma, lazım olan yüklər, personalın bir yerdən başqa yerə aparılması üzrə hava daşınmasının əlavə xərcləri və saxlanılmaya şamil olur.
Trampın tərəfdarlarının Baydenin inaqurasiya mərasimində yenidən iştirak barədəki təhdidlərinin ardınca bu mərasimin təhlükəsizliyini qorumaq üçün milli qvardiyanın 25 mindən çox üzvü ABŞ-ın paytaxtı Vaşinqtona göndərildi.
Yanvarın altısında keçmiş ABŞ prezidenti Donald Trampın havadarları bu ölkə konqresinə basqın edərək, bir neçə saat müddətinə oranı öz əllərində saxladılar.
Bu hücum zamanı bir polis əməkdaşı da daxil olmaqla, azı beş nəfər qətlə yetirildi.