Fev 11, 2021 14:26 Asia/Baku
  • Rusiya Qərbin bu ölkədəki qanunsuz etirazları himayə etməsi barədə sənədlər yayacaq

Rusiya Qərbin bu ölkədəki qanunsuz etirazları himayə etməsi barədə sənədlər yayacaq.

SəhərAzəri xəbər verir, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, Duma-nın ixtisas komitələrinin iclasında deyib ki, Qərbin bu ölkədəki qanunsuz etirazları himayə etməsi barədəki sənədlər tezliklə beynəlxalq təşkilatlara və Rusiyanın dünya səviyyəsindəki nümayəndəliklərinə göndəriləcək.

Mariya Zaxarova sonra deyib: Rusiya Xarici İşlər Nazirliyi bu məlumatları bütün xarici dillərə tərcümə etdirərək, beynəlxalq təşkilatlara və Rusiyanın digər ölkələrdəki səfirliklərinə göndərəcək ki, aktiv surətdə dünya ictimaiyyətinin diqqət mərkəzində durmuş olsun.

Onun sözlərinə görə, bu addım, qərbli tərəfdaşlarla müzakirələrdə onların Rusyanın daxili işlərinə qarışmalarını dəlil və sənədlə sübut edə bilməyə kömək edəcək.

Zaxarova bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin ixtiyarında avropalı diplomatların son qanunsuz etirazlarda iştirakı ilə bağlı foto-şəkil və video görüntülər mövcuddur.

Son zamanlar Almaniya, Polşa və İsveç eyni zamanda həmin ölkələrdə işləyən üç rus diplomatı «arzuolunmaz şəxs» elan etdilər və bu addımın öz diplomatlarının qanunsuz etirazlarda iştirak etmələri səbəbindən Rusiyadan qovulmalarına cavab olaraq atıldığını bildirdilər.

Teqlər