Çində “BBC”nin yayımı qadağan edilib
https://azeri.sahartv.ir/news/dünya-i373160-Çində_bbc_nin_yayımı_qadağan_edilib
Çin Xalq Respublikasının Radio və Televiziyaların Tənzimləyicisi İdarəsi ölkə ərazisində Britaniyaya məxsus “BBC” telekanalının yayımını qadağan edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Fev 11, 2021 18:10 Asia/Baku
  • Çində “BBC”nin yayımı qadağan edilib

Çin Xalq Respublikasının Radio və Televiziyaların Tənzimləyicisi İdarəsi ölkə ərazisində Britaniyaya məxsus “BBC” telekanalının yayımını qadağan edib.

SəhərAzəri xəbər verir, Çin Milli TeleRadio İdarəsi qeyd edib ki, BBC-nin Çin barədəki bəzi informasiyaları sədaqət və tərəfsizlik prinsiplərini pozubdur.

Çin xarici işlər nazirliyi ötən həftə koronavirus pandemiyası məsələsindən siyasi istifadə səbəbindən bu dövlət mediasını tənqid etmiş və onun bu xüsusdakı xəbərlərini saxta adlandırmışdı.

Çin hökumətinin BBC-yə etirazı İngiltərədə televiziya kanallarının yayım qaydalarının tənzim edilməsi mərkəzinin Çinin CGTN sərhədaşırı kanalı yayımının lisenziyasını ləğv etməsindən az sonra baş veribdir.