ABŞ-ın Türkiyə tərəfindən S-400 raket sisteminin alınması ilə müxalifəti davam edir
ABŞ dövlət departamentinin sözçüsü deyib ki, Vaşinqtonun Türkiyə tərəfindən S-400 raket sisteminin satın alınması ilə müxalifət siyasəti dəyişməyibdir.
SəhərAzəri xəbər verir, Ned Prays bu sistemi Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun təchizatları ilə təzadlı və uyuşmaz adlandırıb.
Praysın sözlərinə görə, Rusiyanın S-400 raket sistemi NATO-nun texnologiya təhlükəsizliyini təhdid edir və Şimali Atlantika Müqaviləsi Təşkilatının müttəfiqlərindən biri kimi Türkiyənin öhdəlikləri ilə uyuşmur.
Ankaranın Moskva ilə 2017-ci il razılaşmasına əsasən, Türkiyə Rusiydan, dəyəri iki tam onda beş milyard dollar olan dörd ədəd S-400 raket sistemi təhvil alacaq.
Rusiyanın S-400 raket sistemlərinin təhvili 2019-cu ilin iyulundan başlanıb və məlumatlara görə, bu raket sisteminin yerləşdirilməsi prosesi cərəyan etməkdədir.
Türkiyə dəfələrlə bildiribdir ki, heç bir vəchlə S-400 sistemlərini satın almaq fikrindən geri çəkilməyəcəkdir.