Fev 12, 2021 10:52 Asia/Baku
  • Qərblilərin Belarusa qarşı fitnəsi uğursuz qaldı

Belarus prezidenti ölkəsinin baş məsul şəxslərinin toplantısında deyib ki, qərblilərin Belarusa qarşı fitnəsi uğursuz qalıb

SəhərAzəri xəbər verir, Aleksandr Lukaşenko ötən il ölkəsində keçirilən prezident seçkilərinin nəticələrinə olan etirazlara işarə edərək, onu, məğlubiyyətə uğramış «xarici güclərin ildırım sürətli savaşı» adlandırıb.

O, vurğulayıb ki, Belarus xarici ölkələr tərəfindən ən qəddarcasına hücuma tab gətirdi.

Lukaşenko deyib ki, ötən il onun yenidən Belarus prezidenti seçilməsinə qarşı on minlərlə nəfərin iştirakı ilə həftələrlə davam edən aksiyalar qərblilərin fitnəsinin nəticəsi idi.

Lukaşenko bildirib ki, çəkişmələrə rəğmən, o, yerində qalmaqda davam edir.

Lukaşenko 1994-cü ildən Belarusda hakimiyyətdədir və 2020-ci ilin avqustunda altıncı dövr üçün bu ölkənin prezidenti seçildi.

Etirazçılar iddia ediblər ki, seçkilərdə saxtakarlıq olubdur.

Teqlər