Fev 15, 2021 17:35 Asia/Baku
  • Tunislilər sionist rejimlə münasibətlərin adiləşdirilməsinə etiraz ediblər

Tunisin qəzəbli xalqı bu gün bu ölkənin paytaxtında bəzi ölkələrin sionist rejimlə münasibətləri adiləşdirmələrinə etiraz olaraq aksiya keçirib.

SəhərAzəri xəbər verir ki, Fransa səfirliyi binasının önünə toplaşmış tunisli etirazçılar sionist rejimlə münasibətlərin adiləşdirilməsinə qarşı şüar veriblər.

Tunislilər bu xəyanətkar hərəkəti pisləyərək, İslam Dünyasının bir nömrəli məsələsi olan Fələstin məsələsini himayə sahəsində islami ölkələrin hərəkətə gəlmələrini tələb ediblər.

Aksiyaçılar həmçinin Fransa başçılarının onların ölkələrinin daxili işlərinə durmadan qarışmaları əleyhinə şüar veriblər. Onlar habelə sionist rejim məhbəsində saxlanılan fələstinli əsir liderlərdən olan Əhməd Səadətin və Fransada həbsə atılmış Livan vətəndaşı Corc İbrahim Abdullahın azadlığa buraxılmalarını tələb ediblər.

Teqlər