Fev 17, 2021 18:38 Asia/Baku
  • Bayden Çinlə bağlı xarici siyasətində də Trampın yolunu gedir

Baydenin başında olduğu ABŞ rəhbərliyinin Çin və Rusiya ilə əlaqəli bir sıra səlahiyyətlilərinin son açıqlamaları, Donald Tramp rəhbərliyinin eyni repressiv siyasətlərini davam etdirdiklərini göstərir.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, ABŞ-ın prezidenti Cozef Bayden bu gün (17 fevral) CNN şəbəkəsinə verdiyi müsahibəsində Çinin insan haqları bəhanəsi ilə ciddi nəticələrlə üzləşməli olduğunu iddia edib.

Çin prezidenti Şi Tsinpinqin hərəkətləri barədə verilən suala Bayden belə cavab verib: “Çini ciddi nəticələr gözləyir və o da bilir”.

Bayden ABŞ-ın insan haqlarının qorunmasında qlobal rolunu canlandırdığını iddia edərək, hökumətinin müttəfiqləri və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək, Çinin insan haqlarına hörmət etməsini məcbur edəcəyini iddia edib: “Çin dünya lideri olmaq üçün çox çalışır və bu adı qazanmaq üçün (insan haqlarına) hörmət etməli və digər ölkələrin etibarını qazanmalıdır”.

Reuters-in yazdığına görə, Bayden rəsmi Pekini də təhdid edib: “İnsan haqlarını pozan fəaliyyətlərinə davam edənə qədər vəziyyət onlar üçün çətinləşməlidir”.Keçən həftə ABŞ prezidenti Pentaqonda Çinin təhdidlərini qiymətləndirmək və həll etmək üçün xüsusi işçi qrupu yaradıldığını elan edərək, Çinin təhdidlərinə qarşı çıxmağın vacibliyini vurğulamışdı.

Bundan əvvəl də, ABŞ-ın BMT-nin Cenevrədəki yeni səfiri Robert Vud, Bayden administrasiyasının Çini Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə daxil etmək qərarını açıqlamışdı.

Teqlər