Mart 02, 2021 22:39 Asia/Baku
  • Moskva: Avropa Birliyinin sanksiyalarını cavabsız qoymayacağıq

Rusiya xarici işlər nazirinin müavini vurğulayıb: Moskva Avropa Birliyinin Aleksey Navalnı ilə bağlı Rusiya rəsmilərinə qarşı yeni sanksiyalarını cavabsız qoymayacaq.

SəhərAzəri xəbər verir, Aleksandr Qruşko deyib: Avropa Birliyi anti-rus siyasətlərinin davamında, özünün məhkum edilməsilə nəticələnən Aleksey Navalnının məhkəmə prosesində iştirak bəhanəsilə Rusiyanın dörd yüksək vəzifəli rəsmisinə sanksiya tətbiq edib.

Avropa Birliyinin yeni sanksiyalarına əsasən, həmin yüksək vəzifəli Rusiya rəsmilərinin bundan sonra, birliyə üzv olan 27 ölkənin heç birinin ərazisinə daxil olmağa haqqı yoxdur.

Rusiya xarici işlər nazirinin müavini Avropa Birliyinin bu hərəkətini tamamilə qanunsuz adlandırıb və vurğulayıb ki, bunun, ikitərəfli münasibətlərə dağıdıcı təsiri olacaq və heç bir vəchlə Avropa ölkələrinin özlərinin xeyrinə olmayacaqdır.

Teqlər