Mart 03, 2021 01:44 Asia/Baku
  • ABŞ-ın Milli Qvardiyasının 5 min qüvvəsi hazır vəziyyətə gətirilib

Donald Trampın tərəfdarlarının martın 4-də yenidən Konqresə girməsi ilə bağlı ABŞ-ın təhlükəsizlik rəsmilərinin narahatlıqlarının artması fonunda "Vaşiqton DC"də Milli Qvardiyanın 5 min qüvvəsii hazır vəziyyətə gətirilib.

SəhərAzəri xəbər verir, İtaliyanın "Daily Mail" qəzetinin məlumatına görə, "QAnon" adı ilə tanınan radiksal sağçı qrupun Donald Trampın bu tarixdə yenidən prezident seçiləcəyini iddia etdiyi 4 mart tarixi yaxınlaşdıqca, ABŞ-ın Milli Qvardiyasının 5 min üzvü, Tramp tərəfdarlarının  Konqresə binasına 6 Yanvar hücumunu təkrarlamasın deyə Vaşinqton DC-də yerləşən ABŞ Konqresi yaxınlığında hazır vəziyyətə gətirilib.

QAnon Donald Trampın uşaqlara cinsi təcavüz edən və hökumətə, bazara və mediaya sızan şeytan elitaları ilə müharibə etdiyini iddia edən yayılmış və əsassız bir komplo nəzəriyyəsidir.

Bu hərəkatın tərəfdarları sonda bu mübarizənin Hillari Klinton kimi şəxslərin tutulduğu və edam edildiyi bir hesablaşma gününə xətm olacağına inanırlar.

Trampın seçkilərin ondən və tərəfdarlarından oğurlandığına dair iddiaları  6 yanvarda Konqresdəki qiyamlara səbəb oldu.

6 yanvar qiyamı ABŞ Konqresinin Seçicilər Kollegiyasının səslərini sayarkən və Co Baydenin qələbəsini təsdiqləyərkən baş verdi, məğlubiyyətini qəbul etməyən Tramp seçki saxtakarlığı ilə bağlı yalanı təkrarlayaraq, tərəfdarlarına üsyan və binaya basqın etməyə təhrik etdi.

Tramp tərəfdarlarının,  ABŞ-ın keçmiş prezidentinin sosial şəbəkələrdəki təxribat mesajları və videolarından sonra Konqres binasına hücumu,ən azı altı nəfərin ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb oldu.

Teqlər