Tokio 2020, məşəl daşınmasının detallarını açıqlayıb
Tokio oyunlarının təşkilat komitəsi məşəlin daşınmasının detallarını açıqlayıb.
SəhərAzəri xəbər verir, Tokio 2020 oyunlarının təşkilat komitəsi olimpiya məşəlinin şəhərdən-şəhərə daşınması üzrə əyləncə proqramlarını təqdim edib. Bu tədbirlər martın 25-dən Fokosima futbol təlimi mərkəzində başlanmalıdır.
121 günlük məşəl səfərinin Yaponiyanın qadın futbol komandasının üzvləri ilə birlikdə keçirilməsi gözlənilir.
Fokosima 2011-ci ilin sunami hadisəsində zərər çəkmişdi.
Olimpiya məşəli üç gün Fokosimada qalmalı və ondan sonra Yaponiyanın 47 bölgəsindən keçməlidir.
İlk günün proqramı on bir hissəyə bölünəcək.
İlk günün səhərçağı, məşəl Narahadan Hironoya doğru hərəkət edəcək. Bu iki şəhərin hər ikisi 2011-ci il zəlzələsində ziyan çəkmişdi.
Tokio 2020 bildiribdir ki, məşəli daşıyanlar mərasimin başlanmasından on dörd gün öncə öz sağlamlıqlarına əmin olmalıdırlar.
İnsan izdihamının qarşısını almaq və sosial məsafəyə riayət məqsədilə daha artıq detalın verilməsindən çəkinilibdir.