Mart 06, 2021 14:29 Asia/Baku
  • BMT TŞ Myanmada təcili tədbirlər görməlidir

BMT-nin Myanma məsələləri üzrə xüsusi nümayəndəsi bu ölkədə zorakılıqların durdurulması və demokratiyanın bu ölkəyə geri qaytarılması üçün BMT Təhlükəsizlik Şurasının təcili tədbirlər görməsini istəyib.

SəhərAzəri xəbər verir ki, Kristin Şraner Burgener BMT Təhlükəsizlik Şurasını bir fevral hərbi çevrilişindən sonra Myanmada baş verən zorakılıqların durdurulması və demokratiyanın bu ölkəyə geri qaytarılması üçün tədbirlər görməyə çağırıb.

BMT-nin Myanma məsələləri üzrə xüsusi nümayəndəsi deyib: Kollektiv addımların atılması zərurət kəsb edir, zira daha haçanadək Myanma ordusuna öz işini davam etdirmək icazəsi vermək olar?

Myanmada qüdrət 2011-ci ilədək hərbçilərin əlində olub, amma bu ölkə ordusu elə həmin ildə seçkilər keçirərək, hakimiyyəti mülkilərə tapşırdı. Myanma ordusu bu il fevralın birində «parlament seçkilərində saxtakarlıq» adlandırdığı məsələyə etiraz olaraq, Aun San Su Tsi-nin başçılıq etdiyi hakim «Demokratiya uğrunda Milli Liqa» partiyasına qarşı çevriliş edib, hakimiyyəti ələ keçirdi.

Myanma çevrilişdən sonra geniş xalq nümayişinin şahidi oldu. Bu aksiya yüzlərlə nəfərin ölməsi və ya həbs olunması ilə nəticələndi.

Teqlər