Mart 08, 2021 14:06 Asia/Baku
  • ABŞ son 20 ildə insanların üzərinə 326000-dən çox bomba yağdırıb

ABŞ ordusu və müttəfiqləri Amerika xalqının xəbəri olmadan hər gün başqa ölkələrdə çoxlu sayda insanı öldürür.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, 

 ABŞ və müttəfiqləri 2001-ci ildən etibarən əksəriyyəti Yaxın Şərq/Şimali Afrika bölgəsinin ölkələri olmaqla sir sıra ölkəyə ən azı 326.000 bomba və raket atıb. Bu müharibə əleyhinə CODEPINK qrupunun üzvü Medea Benjamin və Nikolas J.S. Daviesin yeni tədqiqatlarının nəticəsində məlum olub.

Tədqiqat nəticəsində məlum olub ki, 2001-ci ildən 2019-cu ilə qədər ABŞ qırıcı təyyarələri tərəfindən atılan raket və bombalardan 152.000 ədədi İraq və Suriyaya atılıb.

Məlumata görə, son 20 ildə ABŞ Hərbi Hava Qüvvələri gündə orta hesabla 42 bomba və rakedən istifadə edib ki, bunlarda Əfqanıstanın payı gündə 20 bombadır. Hücumlar çox sayda itki və geniş dağıntılarla müşayiət olunub. ABŞ hökuməti və dünya mətbuatı isə bu itkilərin az bir hissəsini bildirirlər.

Araşdırmada Tramp administrasiyasının bombardman əməliyyatlarının rəqəmlərini yayımlamağı dayandırdığından etibarən, tədqiqat ilk növbədə ABŞ-ın rəsmi hərbi açıqlamaları, habelə Araşdırmaçı Jurnalistika Bürosu, Yəmən İnformasiya Layihəsi və Yeni Amerika Fondunun məlumatlarına istinad edilib və bu da 2020-ci ildə ümumi sayda az qiymətləndirilib.

Araşdırmada, həmçinin helikopter zərbələrində, AC-130 silahlı hücumlarında, ABŞ bombardmançı təyyarələrinin zərbələrində və ya dünyanın digər bölgələrində hər hansı “üsyançı və ya terrorla mübarizə” əməliyyatlarında istifadə edilən bomba və ya raketlər yer almayıb. Belə ki, ABŞ ordusu təkcə 2016-cı ildə bildirilməyən 456 helikopter zərbəsi edib.

Tədqiqat ABŞ hava qüvvələrinin 25 fevralda Suriyanın şərqinə 22 nəfərin həlak olduğu bildirilən 500 kiloluq yeddi bomba atmasından sonra yayımlanıb.

ABŞ 244 illik tarixinin 227 ilində təxminən hər ili müharibə vəziyyətindədir. Həm Barak Obama, həm Donald Tramp seçki kampaniyasında olduqları müddətdə müharibə əleyhinə olduqlarını bildirsələr də, ikisi də vəzifədə olduqdan sonra, bu mövqedən qətiyyətlə uzaqlaşdı. 2016-cı ilə qədər Obama eyni vaxtda yeddi ölkəni bombalayırdı və “Dron kralı” ləqəbini qazanmışdı. Bu arada Tramp, Yəməndəki müharibəni genişləndirdi və hətta regional sülh danışıqları üçün İraqa səfər etmiş İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri şəhid general-leytenant Hacı Qasım Süleymaninin məqsədyönlü sui-qəsdini həyata keçirdi. 45-ci prezident, eyni zamanda 2017-ci ilin aprelində Əfqanıstanın Nanqarhar vilayətinə atılmış 21.000 kilo (9500 kq) partlayıcı maddə olan “Bütün Bombaların Anası”nın istifadəsinə icazə verdi.

Teqlər