Mart 12, 2021 09:55 Asia/Baku
  • Rusiya beş sosial şəbəkədən şikayət edib

Rusiya Twitter, Google, Facebook, TikTok və Telegramdan şikayət edib.

SəhərAzəri xəbər verir, şikayətin mövzusu, uşaqları qanundan qaçmağa təşviq edən yazıların silinməməsidir.

Twitter, Google və Facebook-un hər biri ayrı-ayrılıqda üç şikayətlə üzləşir. Hər bir pozuntuya görə, hər bir şirkət üçün dörd milyon rubl, yəni təqribən 54 min dollar həddində cərimə təyin edilə bilər.

Rusiyada kommunikasiyaya nəzarət orqanı TikTok-a və Telegram-a qarşı da şikayətlər irəli sürübdür.

Rusiya deyir ki, Facebook bəzi medialarda yayılan məzmunu bloklayaraq, vətəndaş hüquqlarını pozubdur.

Teqlər