Mart 14, 2021 18:29 Asia/Baku
  • Şimali Koreya Biden rəhbərliyinə cavab vermədi”

Co Baydenin Şimali Koreya ilə danışıqlar aparmaq cəhdinə rəğmən, Pxenyan bu günə qədər cavab verməyib.

SəhərAzəri xəbər verir ki, Bayden hökumətinin yüksək vəzifəli rəsmilərindən birinin Reuters-ə verdiyi məlumata görə, fevralın ortalarından bəri, Nyu-York da daxil olmaqla, bir neçə kanal vasitəsilə Şimali Koreya hökumətinə müraciət etmək üçün səylər göstərildi, lakin bu günə qədər Pxenyandan bir cavab verilmədi.

Bayden administrasiyası rəsmisinin bildirdiyinə görə ABŞ-ın Tramp administrasiyasının son ayları da daxil olmaqla, çoxsaylı səylərinə baxmayaraq, bir ildən çoxdur ki Şimali Koreya ilə aktiv bir dialoqu yoxdur.

 

Teqlər