Mart 17, 2021 19:15 Asia/Baku
  • Britaniya Çinə qarşı potensial soyuq müharibə barədə xəbərdarlıq etdi

Britaniyanın baş naziri Boris Conson ölkəsinin Çinlə əlaqələrini müdafiə edərək, Çinin dünyanın ikinci böyük iqtisadiyyatı olduğunu və bunun obyektiv həqiqət olduğunu söyləyib.

SəhərAzəri xəbər verir ki,Boris Conson parlamentdəki çıxışında Böyük Britaniyanın Çinlə yeni Soyuq müharibəyə daxil olması barədə xəbərdarlıq edib.

 Yahoo News saytının verdiyi məlumata görə, Boris Conson dünən (16 mart) parlamentdəki çıxışında seçkidən sonrakı siyasətini nəzərdən keçirdiyini söyləyərək, belə deyib: “Böyük Britaniyanın təhlükəsizlik, müdafiə və xarici siyasətinin nəzərdən keçirilməsi Pekinlə münasibətdə aydın yanaşma təmin etdi”.

 Conson Londonun Çinlə əlaqəsinə qarşı çıxanlara cavab olaraq bunları deyib: “Çinə qarşı yeni soyuq müharibə istəyənlər və ya iqtisadiyyatımızı tamamilə Çindən ayırmağa çalışanlar yanılırlar. Böyük Britaniyanın Pekin ilə ticarət əlaqələri təxminən 81 milyarddır və Çin dünyanın ikinci böyük iqtisadiyyatı olaraq qalır. Bu ölkə ingilislərin həyatındakı obyektiv həqiqətdir”.

 Pekinlə münasibətləri müdafiə edən Conson, Çin ilə açıq bir əlaqənin olmalı olduğunu da bildirib.

 

Teqlər