ÜST: "Koronaya bu il də qalib gələ bilməyəcəyik"
Mart 19, 2021 23:19 Asia/Baku
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda koronavirus xəstəliyində qlobal azalma müşahidə etmir.
SəhərAzəri xəbər verir ki, bunu ÜST rəsmisi Melita Vuynoviç deyib.
“İndiki vəziyyətə baxsaq görərik ki, qlobal azalma müşahidə etmirik, əksinə artım var. İlin sonuna kimi tam qələbənin əldə olunması inandırıcı deyil. Amma yoluxmaların və ölümlərin sayını azaltmağa gücümüz var”, - Vuynoviç bildirib.