Londonun İngiltərədə müsəlmanlara qarşı rasist planın yenidən nəzərdən keçirilməsi qərarı pislənib
İngiltərə müsəlmanlarının rəhbərləri, məscidlər, mərkəzlər və təşkilatlar bu ölkə hökumətinin İslam dininin davamçılarından casusluğun gücləndirilməsi məqsədilə rasist planın yenidən nəzərdən keçirilməsi qərarını legitimliyə malik olmayan qərar adlandıraraq, pisləyiblər.
SəhərAzəri xəbər verir ki, 450 islami orqan və doxsan dini fəal bir bəyanat yayaraq bildiriblər ki, Pronet rasist planının yenidən nəzərdən keçirilməsinin məsuliyyəti Uilyam Şoukross-a tapşırılıb. Bu şəxs İslam və müsəlmanlarla düşmənçilik sahəsində böyük keçmişə malikdir və bu baxımdan onun tərəfindən heç bir mühüm, məqsədyönlü və ciddi bir yenidən nəzərdən keçirmə baş verməyəcək və Şoukrossun anti-İslam siyasətləri gücləndirəcəyi gözlənilir.
Bəyanatda vurğulanıb və xəbərdarlıq edilibdir ki, əgər islami orqanlar Şoukross tərəfindən Pronet rasist planının yenidən nəzərdən keçirilməsində iştirak edərlərsə, bu, həmin plana legitimlik verəcək və İngiltərə hökumətinin anti-İslam siyasətlərinin təqdim edilməsi üzrə qüdrətini gücləndirəcəkdir.
Bəyanat İngiltərədəki islami orqanlar və təşkilatların mərkəzlərindən bir qrupu, İngiltərə islami insan haqları komissiyası, müsəlmanlar cəmiyyəti və müsəlman tələbələr federasiyası tərəfindən imzalanıb.
İkinci dəfədir ki, Pronet planının yenidən nəzərdən keçirilməsi Şoukrossun qalmaqallı təyinatına görə, pislənir. 2021-ci ilin fevral ayında da Beynəlxalq Amnistiya Təşkilatı da daxil olmaqla insan haqları təşkilatları vurğuladılar ki, bu planın yenidən nəzərdən keçirilməsi, müsəlman cəmiyyətlərdən casusluğun təmizə çıxarılması üçün bir bəhanədir.
Pronet planı İngiltərə hökumətinin terrorizm və ekstremizm ilə mübarizəsinin strateji bölməsidir, amma bu ölkənin təhlükəsizlik şəxsiyyətlərindən bir qrupu da indiyədək bu planı faydasız adlandıraraq, Londonun ekstremizmlə mübarizə ilə bağlı həll yolunun dəyişdirilməsini istəyibdir.