Mart 22, 2021 12:26 Asia/Baku
  • Avstraliyada sel ilə bağlı bəzi şəhərlər dərhal boşaldılır

Sidneyin ətrafındakı müxtəlif bölgələrdə daşqınların şiddətlənməsi yerli rəsmiləri Avstraliyanın «Yeni Cənubi Uels» ştatı mərkəzinin ətrafındakı bütün şəhərləri boşaltmağa məcbur edib.

SəhərAzəri xəbər verir ki, Sidneyin ətrafında yerləşən «Yeni Cənubi Uels» ştatı sakinlərindən istənilibdir ki, öz evlərini tərk etsinlər.

Yerli rəsmilər «Vestern Qrit» magistral yolunu qeyd olunan bölgələrin sakinlərdən boşaldılmasına ayırıblar. Şəhərlərin boşaldılması işi davam etməkdədir.

Sidney icra hakimiyyətinin bildirdiyinə görə, hal-hazırda Şimali Pitt-Taun, Pitt-Taun Batems, həmçinin Şimal Riçmondun cənub rayonları, Frimens, Aqnes-Bənk-in şimalı, Qrono-Spoint və Kren-Ualis bölgələri təcili surətdə boşaldılmaqdadır.

Son yüz ildə tayı görünməmiş bu daşqının hansı zamanadək və hansı şiddətlə davam edəcəyi bəlli deyildir.

Son günlər Avstraliyanın bəzi bölgələrində güclü leysan yağışları çayların daşmasına və daşqının baş verməsinə səbəb olubdur.

Teqlər