Mart 24, 2021 15:42 Asia/Baku
  • Moskvada Novruz adət-ənənələri

Bu günlərdə Novruz şənlikləri rəngarəng yeddi sin və yeddi şin süfrələri və Novruz sivilizasiyası hövzəsinin adətləri ilə Rusiyanın qərbindən şərqinə və şimalından cənubuna qədər keçirilməkdədir.

SəhərAzəri xəbər verir ki, Bu günlərdə Novruz şənlikləri rəngarəng yeddi sin və yeddi şin süfrələri və Novruz sivilizasiyası hövzəsinin adətləri ilə Rusiyanın qərbindən şərqinə və şimalından cənubuna qədər keçirilməkdədir. Moskvadan tutmuş Sankt-Peterburqa qədər, Tatarıstan və Başqırdıstandan tutmuş Dağıstan, Çeçenistan və İnquşetiyaya qədər, eləcə də keçmiş Sovet İttifaqından ayrılan bir çox ölkəyə qədər Novruz bayramı hər bir yerdə qeyd olunmaqdadır.

M.M: Sovet İttifaqının dağılmasından sonra və İranın mədəni ərazisində yaşayan müxtəlif etnosların mövcudluğu səbəbindən Rusiyada Novruz şənlikləri xüsusi bir əhəmiyyətə sahib olub, həmçinin Rusiyanın mədəni coğrafiyasının bir hissəsi Novruz hövzəsi ilə əhatə olunduğundan, səbəb olubdur ki, buradakı bu neçə milyonluq koloniyalar, Rusiyada Noruzu qeyd etmək üçün böyük bir koloniyaya  çevrilsinlər.

Baxmayaraq, ki bu il koronavirus pandemiyası səbəbindən Novruz sivilizasiyası hövzəsi ölkələrinin illik festivalı bu il keçirilmədi, amma Rusiyanın başabaşında baharın gəlişi daha az sayda əhali arasında qeyd olundu. Burada, Moskvanın İslam Mərkəzində, İranın Rusiyadakı Səfirliyi tərəfindən Rusiyada yaşayan iranlılar üçün təşkil edilən mərasim kimi.

İranın Rusiyadakı səfiri Kazim Cəlali bu mərasimdə İslam İnqilabının Böyük Rəhbərinin bu ili "istehsal, himayələr və maneələrin aradan qaldırılması" ili adlandırmasına toxunaraq, deyib: "Bütün səylərimiz və ciddi-cəhdlə və bəzi infrastruktur maneələrin aradan qaldırılmasından sonra tezliklə İran-Rusiya münasibətlərin inkişafında, xüsusən də iqtisadiyyat sahəsində ciddi bir sıçrayışın şahidi olacağıq".

Cənab Cəlali İrana vaksinin göndərilməsinin davam etdiriləcəyi və "Sputnik V" vaksininin birgə istehsal ediləcəyindən xəbər verib.

Və 1400-cü günəş ili Rusiyada yaşayan başıuca İranlılar üçün belə başladı; birlik və həmrəyliklə. 

Teqlər