Tokio olimpiya oyunlarının məşəli yandırılıb
https://azeri.sahartv.ir/news/dünya-i374866-tokio_olimpiya_oyunlarının_məşəli_yandırılıb
Nəhayət bir il təxirdən sonra Tokio olimpiya oyunlarının keçirilməsi prosesinə start verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 25, 2021 09:19 Asia/Baku
  • Tokio olimpiya oyunlarının məşəli yandırılıb

Nəhayət bir il təxirdən sonra Tokio olimpiya oyunlarının keçirilməsi prosesinə start verilib.

SəhərAzəri xəbər verir ki, COVID-19 pandemiyasına görə, Beynəlxalq Olimpiya Komitəsinin məsul şəxsləri olimpiya oyunlarını təxirə salmaq qərarına gəldilər. Amma az öncə Fukusimada Tokio olimpiya oyunlarının məşəli yandırılıb.

Bu məşəl öz hərəkətinə on il bundan öncə zəlzələ və sunami üzündən dağılmış Fukusimadan başlayacaq.

COVID-19 pandemiyasına görə, Tokio olimpiya oyunları məşəlinin yandırılması mərasimi tamaşaçıların iştirakı olmadan keçirilib.

Tokio olimpiya oyunları COVID-19 pandemiyasından bəri ən iri beynəlxalq idman hadisəsi olacaq.