Süveyş kanalında torpağa oturan gəmi hərəkətə gətirilib; Süveyş kanalı açılır
Misir rəsmiləri, həmçinin nəhəng "EverGreen" gəmisinin rəsmiləri bu gəminin yenidən üzməsinin təmin edilməsi və bloklanmış Süveyş kanalının yenidən açılmasına hazırlıqların aparılmasından xəbər veriblər.
SəhərAzəri xəbər verir ki, Qərb medialarının, həmçinin yerli mənbələrin məlumatına görə, Süveyş kanalının bağlanmasına səbəb olan nəhən "ever Green" gəmisi təxminən 6 gündən sonra yenidən üzə bilibdir.
Süveyş kanalı Avropa ilə Asiya arasında yüklərin tez çatdırılmasını təmin edən ən əlverişli marşrutdur və qlobal ticarətin 12 faizi onun vasitəsilə həyata keçirilir. Bu kanal eyni zamanda Misirin valyuta gəlirlərinin əsas mənbələrindən biridir.
Qeyd edək ki, təxminən 220 min ton çəkisi və 400 metr uzunluğu olan "EverGreen" gəmisi Çindən, Rotterdam istiqamətində hərəkət edərkən, Süveyş kanalında öz marşurutundan çıxıb və kanalın şərqi divarına çirpilib. Gəmi Yaponiyanın "EverGreen" nəqliyyat şirkətinə məxsusdur. Bu hadisə bu su yolunun 150 illik tarixində görünməmiş bir hadisədir.