Ağ Ev: İran-Çin razılaşmasından sonra sanksiya tətbiq olunma ehtimalını nəzərdən keçiririk
https://azeri.sahartv.ir/news/dünya-i375065-ağ_ev_İran_Çin_razılaşmasından_sonra_sanksiya_tətbiq_olunma_ehtimalını_nəzərdən_keçiririk
Ağ Ev sözçüsü, Vaşinqtonun İran-Çin razılaşmasından sonra sanksiya tətbiq etməyi düşünəcəyini söylədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2021 18:20 Asia/Baku
  • Ağ Ev: İran-Çin razılaşmasından sonra sanksiya tətbiq olunma ehtimalını nəzərdən keçiririk

Ağ Ev sözçüsü, Vaşinqtonun İran-Çin razılaşmasından sonra sanksiya tətbiq etməyi düşünəcəyini söylədi.

SəhərAzəri xəbər verir ki, Ağ Evin sözçüsü Jan Saki bazar ertəsi günü Ağ Evin mətbuat konfransında İran və Çin arasında 25 illik strateji əməkdaşlıq sənədinə reaksiya verərək, "Çin-İran tərəfdaşlığından sonra sanksiya tətbiq olunma ehtimalını araşdıracağıq" dedi.

25 illik İran-Çin müqaviləsinin imzalanmasına reaksiya göstərən ABŞ Prezidenti Joe Biden, yerli vaxtla bazar günü axşam saatlarında İran-Çin tərəfdaşlığından çox narahat olduğunu söyləyib.

Bayden, ABŞ prezident təyyarəsinə daxil olarkən,bir müxbirin "İran-Çin tərəfdaşlığı sizi narahat edirmi?" Sualına cavab olaraq deyib: "Bir ildir bundan narahatam" .