Mart 30, 2021 16:56 Asia/Baku
  • İngiltərə hökuməti atom bombaları və hərbi büdcənin artırılmasına dair planını açıqlayıb

İngiltərə hökuməti, bu ölkənin illik büdcəsində, atom bombalarının sayının artımı da daxil, hərbi xərclərini artırmağa qərar verdiyini açıqlayıb.

SəhərAzəri xəbər verir ki, İngiltərə hökumətinin prioritetləri və hərbi siyasətlərinə dair açıqlaması göstərir ki, bu ölkə yanaşma tərzini dəyişdirərək, ordunun hərbçi qüvvəsinin sayını azaldacaq, həmçinin bəzi tanklar, təyyarələr və vertolyotlarin əvəzinə yeni texnologiyalara və robot döyüşlərinə üz tutub.

İngiltərənin müdafiə naziri Ben Valasın dediyinə görə, yaxın dörd ilədək ordu hərbçilərinin sayı 3 min 500 nəfər azaldılaraq, təxminən 73 min nəfərə çatacaq ki, bu da son 100 ildə ən aşağı göstəricidir.

O, deyib: "Artıq çoxlu sayda hərbçi və ya tank göndərməyə ehtiyac yoxdur, düşmənlə yeni mübarizə üsulları gündəmdədir".

İngiltərənin yeni hərbi yanaşmasında bu ölkənin atom silahları müasirləşdiriləcək və atom bombalarının sayı və hərbi büdcə artırılacaq. Bu məsələ elə bir halda irəli sürülür ki, hökumət səhiyyə sektoru işçilərinin müraciətinə cavab olaraq, bildirib ki, onların maaşlarını bir faizdən çox artırmağa maddi imkanı yoxdur.

Hökumət ordu büdcəsinə 2019-cu ildə əlavə edilənlərə daha 14 faiz əlavə ediləcəyi açıqlayıb.

Ancaq hökumətin bu yanaşması qeyri-hökumət və vətəndaş qurumlarının geniş müxalifəti ilə üzləşib. 

İngiltərə hökumətinin məlumatına görə, raket qabiliyyəti, kosmik müharibə, kiber müharibə, atom bombaları və hərbi gəmilər üçün büdcə artacaq.

İngiltərə Müdafiə Nazirliyi,yaxın 4 ilədək, yeni silahların araşdırılması və inkişafı üçün 6,6 milyard funt sterlinq xərclənəcəyini açıqlayıb.

 

Teqlər