ABŞ-da Yeddi yaşlı uşaq təcavüzdə ittiham olunur
Mart 31, 2021 16:54 Asia/Baku
Nyu-York ştatından olan yeddi yaşlı uşağa təcavüz ittihamı irəli sürülüb.
SəhərAzəri Oxu.aza- istinadən xəbər verir ki, Bu barədə yerli WWNY radiostansiyası məlumat verib.
Hadisə Şükran günü baş verib, lakin digər təfərrüatlar və uşağın adı açıqlanmayıb.
Nyu-Yorklu vəkil Endoni Martoun oğlanın həqiqətən nə etdiyini anlaya bilmədiyi üçün işin absurd olduğunu vurğulayıb.
“Prokurorluq, uşağın bu hərəkəti həqiqətən fiziki olaraq törətdiyini sübut etməli olacaq. Ancaq mənim fikrimcə bu, qeyri-mümkün görünür”, - deyə vəkil vurğulayıb.