Marsda ilk helikopter uçuşu reallaşır
ABŞ Kosmik Agentliyi NASA mini helikopterinin Marsda ilk uçuşa hazırlaşdığını açıqlayıb.
SəhərAzəri xəbər verir ki, ABŞ-ın Kosmik Agentliyi bildirib ki, NASA-nın mini helikopteri Marsda ilk uçuşu üçün hazırlaşır.
Hazırda Marsın ətrafında dövr edən “Perseverance” adlı aparat “Ingenuity” helikopterini ilk tarixi uçuşundan əvvəl, sərbəst buraxıb və helikopter “Perseverance”in üzərindən 10,16 santimetr Marsın səthinə doğru eniş edib.
10,16 santimetr elə də böyük ölçü görünməsə də enişin uğurlu olması üçün hələlik vacib bir dönüş nöqtəsidir, çünki helikopter roverdəki üfüqi bir vəziyyətdən şaquli bir vəziyyətə gəlmək üçün neçə günlük prosesi keçirməlidir.
Kaliforniya ştatının Pasadena şəhərindəki NASA-nın Jet Sevk Laboratoriyası əvvəlcə aprelin 8-nə planlaşdırılan “Ingenuity” helikopterinin uçuşunu bir neçə gün təxirə salınacağını və aprelin 11-də reallaşacağını açıqlayıb.
Qarşıdakı ili gün ərzində NASA qrupu, ilk uçuşdan əvvəl helikopterin mühərrikləri və sensorları sınamazdan əvvəl onun günəş panellərinin işlədiyini və batareyalarını şarj etdiyini yoxlayacaq.