Əl-Həşduş Şəbi rəhbəri Moskvada səfərdədir
İraqın Əl-Həşduş Şəbi (Xalq Səfərbərlik) təşkilatının rəhbəri Falih Əl-Fəyyaz Moskvaya səfəri zamanı Rusiya rəsmiləri ilə görüşdə ən vacib regional təhlükəsizlik məsələlərini müzakirə edib.
SəhərAzəri xəbər verir ki, Falih Əl-Fəyyaz dünən (7 aprel) Moskvaya səfəri zamanı, Rusiya Milli Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev və Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovla görüşüb.
Falih Əl-Fəyyazın ofisinin verdiyi açıqlamaya görə, Patruşevlə regional təhlükəsizlik məsələləri və İraq ilə Rusiya arasında ikitərəfli əməkdaşlıq və qarşılıqlı əlaqələr müzakirə edilib.
İclasda iki ölkənin birgə maraqlarına cavab olaraq İraq-Rusiya münasibətlərindəki ciddi irəliləyiş məsələsi də müzakirə edilib və təhlükəsizlik sektorunda rabitə və əməkdaşlığı inkişaf etdirməyə ehtiyac və hazırlıq vurğulanıb.
Fəyyaz Moskvada olduğu müddətdə Boqdanovla Yaxın Şərqdəki əməkdaşlığın əsas aspektləri və beynəlxalq terrorizmə qarşı mübarizədə birgə koordinasiya barədə məsləhətləşib və Rusiya tərəfi İraqın birliyini və suverenliyini dəstəkləyən mövqeyini təkrarlayıb.