B.Sanders Yəmən müharibəsində ABŞ-ın rolunu tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i375521-b.sanders_yəmən_müharibəsində_abŞ_ın_rolunu_tənqid_edib
ABŞ senatoru Yəmənin mühasirəsini dərhal dayandırmağa və bu ölkəyə humanitar yardım göndərilməsinə çağırıb. Vermont senatoru Berni Sanders Yəmən müharibəsində Vaşinqtonun rolunu tənqid edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 08, 2021 18:32 Asia/Baku
  • B.Sanders Yəmən müharibəsində ABŞ-ın rolunu tənqid edib

ABŞ senatoru Yəmənin mühasirəsini dərhal dayandırmağa və bu ölkəyə humanitar yardım göndərilməsinə çağırıb. Vermont senatoru Berni Sanders Yəmən müharibəsində Vaşinqtonun rolunu tənqid edib.

SəhərAzəri xəbər verir ki, “ABŞ-ın dəstəyi ilə Səudiyə Ərəbistanının (Səud rejimi) Yəmənlə müharibəsi dünyanın ən pis humanitar böhranına çevrilib”, - deyə senator “Tvitter” səhifəsində yazıb.

Sanders “Tvitter” mesajında, həmkarları ilə birlikdə Bayden rəhbərliyindən, Səudiyə rejimindən Yəmənin mühasirəsinə son qoyulmasını tələb etməyi və ölkəyə lazımi yardımın göstərilməsini istəyib.

Livanın Əl-Məyadin telekanalının verdiyi xəbərə əsasən, ABŞ Nümayəndələr Palatasının 77 üzvü, ABŞ prezidentini Yəmənin mühasirəsini aradan qaldırması üçün Səudiyə rejiminə təzyiq göstərməyə çağırıb.