Apr 11, 2021 09:33 Asia/Baku
  •  ABŞ-ın Missouri şəhərində silah insidenti nəticəsində dörd nəfər ölüb və yaralanıb

Missuridəki bir mağazada baş verən silahlı insident nəticəsində ən azı bir nəfər ölüb, üç nəfər yaralanıb.

SəhərAzəri xəbər verir ki,Hadisədə şübhəli bilinən 28 yaşlı bir gənc nəzarətə alınıb. Hadisə, Arkanzas sərhədinə yaxın bir qəsəbə olan Kuşqonoq-da baş verib.

Yaralılardan üç nəfərin vəziyyəti hələ məlum deyil, lakin səlahiyyətlilər yaralılardan birinin xəstəxanaya aparıldığını söyləyiblər.

Son iki ay ərzində Atlanta, Orıngce Siti, Kalifornia və Vilminqton da daxil olmaqla ABŞ-ın müxtəlif şəhər və əyalətlərində çoxsaylı atışmalar olub.

Statistik məlumatlar göstərir ki, dünya əhalisinin təxminən yüzdə 5-i ABŞ-da yaşayarkən, silah insidentlərinin təxminən yüzdə 31-i ABŞ-da baş verir.

ABŞ Vətəndaşlarının silah gəzdirmə azadlığı çox vaxt bu fenomenin ən vacib və əsas amili hesab olunur. Dünyadakı 650 qeyri-hərbi silahın təxminən yarısı (% 48) Amerika vətəndaşlarının əlindədir.

 

Teqlər