Apr 12, 2021 08:41 Asia/Baku
  • Dünyada Koronavirusa yoxulxanları sayı son sutkada 646 mindən çoxd olub

Dünyada yeni növ koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı son 24 saat ərzində 646 mindən çox artaraq, ümumilikdə 134,95 milyonu keçib.

SəhərAzəri APA-ya istinadən xəbər verir kia. bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən açıqlanan hesabatda qeyd olunub.

Məlumata görə, son bir gündə ölənlərin sayı 10,7 mindən çox artaraq 2,91 milyonu keçib.

11 aprel Bakı vaxtı ilə saat 16:08-ə olan məlumata əsasən, indiyədək 134 957 021 nəfər koronavirusa yoluxub, 2 918 752 nəfər isə bu virusdan ölüb. Xəstəliyə yoluxanların sayı son sutkada 646 863 nəfər, ölənlərin sayı isə 10 712 nəfər artıb.

Ötən gün ərzində yoluxma hallarının 34%-dən çoxu Avropada (222 804) müşahidə edilib, ikinci yerdə Şimali və Cənubi Amerika (184 717), üçüncü yerdə Cənub-Şərqi Asiya (164 704) yer alıb.

İnfeksiya indiyədək ən çox ABŞ-da qeydə alınıb – 30 692 226 nəfər. Onun ardınca Braziliya (13 373 174), Hindistan (13 358 805), Fransa (4 945 238), Rusiya (4 641 390), Böyük Britaniya (4 368 049), Türkiyə (3 798 333), İtaliya (3 754 077), İspaniya (3 336 637), Almaniya (2 998 268), Polşa (2 574 631) və Kolumbiya (2 504 206) gəlir.

Teqlər