Apr 13, 2021 14:49 Asia/Baku
  • Minneapolisdə gediş-gəliş qadağan olunub

ABŞ polisi tərəfindən qaradərili bir gəncin Minneapolisdə öldürülməsinin ardınca bu şəhər boyu gediş-gəliş qadağası tətbiq edilib.

SəhərAzəri xəbər verir ki, Minneapolis şəhərində amerikalı qadın polisin atəşi ilə qaradərili bir gəncin qətlə yetirilməsindən və bu cinayətə qarşı geniş aksiyaların keçirilməsindən sonra həmin bölgənin meri şəhərdə komendant saatı tətbiq edib.

Bu şəhər polis idarəsinin rəisi iddia edib ki, Dante Rayt adlı iyirmi yaşlı qaradərili gəncə atəş açaraq, onu qətlə yetirən qadın zabit öz tapançasını elektroşok silah- tazer ilə səhv salıbmış.

Qarətçilik və çaxnaşma üçün heç bir əsasın olmadığını deyən ABŞ prezidenti Co Bayden də bu ölkə polisinin zorakılığına etiraz edənləri dinc aksiya keçirməyə çağırıb.

Bayden Raytın öldürülməsindən sonra asayişin bərqərar edilməsini istəməklə deyibdir ki, Minneapolis polis idarəsi rəisinin atəş açan zabitin öz silahlarını səhv salmasına dair sözləri düzdür.

Teqlər