ABŞ hərbi gəmilərini Qara dənizə göndərmək planını təxirə salıb
https://azeri.sahartv.ir/news/dünya-i375795-abŞ_hərbi_gəmilərini_qara_dənizə_göndərmək_planını_təxirə_salıb
ABŞ hərbi gəmilərini Qara dənizə göndərmək planı təxirə salınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2021 01:51 Asia/Baku
  • ABŞ hərbi gəmilərini Qara dənizə göndərmək planını təxirə salıb

ABŞ hərbi gəmilərini Qara dənizə göndərmək planı təxirə salınıb.

SəhərAzəri: APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, bu barədə ABŞ-ın Türkiyədəki Səfirliyindən bildirilib.

 Qeyd edək ki, ABŞ iki hərbi gəmisinin İstanbul boğazından Qara dənizə çıxacağı ilə bağlı keçən həftə Türkiyəyə məlumat vermişdi. 

Bildirilmişdi ki, ABŞ Donanması gəmilərini Qara dənizə göndərilməsi Ankara ilə imzalanmış Montre konvensiyası çərçivəsində olacaq və iki hərbi gəmi may ayının 4-nə qədər Qara dənizdə qalacaq. Amma sonradan bu plan təxirə salınıb.