Apr 23, 2021 06:34 Asia/Baku
  • ABŞ səfiri Rusiyanı tərk edib

Moskvanın istəyinə əsasən, ABŞ səfiri Con Salivan Rusiyanı tərk edib.

SəhərAzəri xəbər verir ki, Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Moskvanın qərarını ona bəyan etmişdi.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bundan qabaq bildirmişdi ki, Amerikanın Moskvadakı səfiri münasib olacaq zamanda Rusiyaya geri dönəcək.

Rusiyanın Amerikadakı səfiri Anatoli Antonov da üç həftə olar ki, məşvərətlər aparmaq üçün Moskvaya qayıdıb. O, bu müddətdə bir sıra Rusiya rəsmisi, o sıradan Rusiya Federasiya Şurası və Duma nümayəndələrindən bir qrupu ilə görüşərək, onlarla məşvərət edibdir.

ABŞ səfiri Con Salivan Vaşinqton ilə Moskva arasındakı gərginliyin kəskinləşməsinin ardınca çərşənbə axşamı günü Rusiyanı tərk edərək, Amerikaya getdi. O dedi ki, ikitərəfli əlaqələrin hazırkı şəraiti barədə öz hökumət rəsmilərilə məşvərət vacibdir.

Bu olaylar Rusiya-Amerika münasibətlərində gərginliyin xüsusən Bayden hökumətinin cari ayın on beşində Rusiyaya qarşı geniş sanksiyalar tətbiq etməsindən sonra şiddətlənməsinin ardınca baş veribdir.

Moskva Amerikanın düşmənçilik hərəkətlərinə cavab olaraq, həmin ölkənin on diplomatını Rusiyadan çıxarıb və onun bəzi rəsmilərini sanksiya edibdir.

Teqlər