Apr 23, 2021 07:27 Asia/Baku
  • Çexiya Rusiya səfirliyinin 63 əməkdaşını ölkədən çıxaracaq

“Rusiyanın Praqadakı səfirliyinin 63 əməkdaşı Çex Respublikasını tərk etməlidir”.

SəhərAzəri xəbər verir ki, bu barədə cümə axşamı Çex televiziyasında ölkənin Xarici İşlər naziri Yakub Kulqanek bildirib.

Nazir deyib ki, söhbət ailə üzvləri ilə birlikdə Çexiyanı tərk edəcək Rusiya səfirliyinin 63 əməkdaşından gedir: “Rusiyanın Praqa səfirliyindəki rus diplomatların sayı Çexiyanın Moskvadakı diplomatlarının sayına qədər azaldılacaq”. 

Kulqanek əlavə edib ki, sözügedən qərar bu gündən qüvvəyə minir. Rusiya tərəfi bununla bağlı məlumatlandırılıb. Onlar may ayının sonuna qədər Çexiyanı tərk etməlidirlər”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu qərara sürətli reaksiyada belə deyib: Praqa iki ölkə münasibətlərini məhvetmə yoluna daxil olub. Moskva dərhal bu hərəkətə cavab verəcək.

Çexiya Respublikası iddia edir ki, 2014-cü ildə bu ölkənin cəbbəxanalarından birində baş verən partlayışda rus amillərin əllərinin olduğunu anlayıb.

Teqlər