ABŞ-ın Türkiyədəki diplomatik idarələri bağlanıb.
Ağ Ev tərəfindən "erməni soyqırımı"nın tanınması fonunda ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluğu bağlanıb və onların ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
SəhərAzəri xəbər verir kia. "Sputnik"in məlumatına görə, ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluğu mümkün etiraz aksiyaları səbəbindən "təhlükəsizlik tədbirləri" qismində bazar ertəsi və çərşənbə axşamı günləri bağlı olacaq.
Digər tərəfdən, Türkiyənin polis bölmələri ABŞ-ın bu ölkədəki diplomatik binalarının ətrafındakı küçələrdə qərarlaşıb və patrul edirlər.
ABŞ Prezidenti Co Bayden 24 apreldə qondarma "erməni soyqırımı" ilə bağlı ənənəvi çıxışında 1915-ci ildə Osmanlıda baş verən hadisələri "soyqırım" adlandırıb və deyib: "Hər il belə bir gündə, Osmanlı İmperiyasında baş verən soyqırımın qurbanlarının xatirəsini anırıq və bu ifadəni günahlandırmaq üçün yox, təkrarlanmasın deyə işlədirik".
Baydenin erməni soyqırımı ilə bağlı açıqlamasından hiddətlənən Türkiyə ABŞ-ın Ankaradakı səfiri David Satterfild-i Xarici İşlər Nazirliyinə çağırıb.
Türkiyənin Xarici İşlər Nazirliyi bununla bağlı bir bəuanat yayaıb. Bəyanatda qeyd olunub ki, sözügedən açıqlamanın heç bir elmi və hüquqi əsası olmadığı məlumdur, 1915-ci il hadisələri barədə soyqırımı ifadəsinin işlənməsi üçün beynəlxalq hüquqda müəyyən edilən şərtlərin heç biri yoxdur.".
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Baydenin erməni soyqırımını tanıyan bəyanatının yayılmasından bir neçə dəqiqə sonra Twitter-də yazıb: "Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi fürsətcillik sülh və ədalətə qarşı ən böyük xəyanətdir. Populizmə söykənən bu ifadəni tamamilə rədd edirik".