May 10, 2021 19:26 Asia/Baku
  • Fransada vətəndaş müharibəsi baş verə bilər

Yüzlərlə fransız hərbçi bir daha məktub ünvanlayaraq, bu ölkədə çöküş, vətəndaş müharibəsi və vətəndaş qiyamı təhlükəsi barədə xəbərdarlıq ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, bu hərbçilər, həmçinin qeyd ediblər ki, bəzi kənd və şəhərlərdə zorakılıq müşahidə edilir, ictimaiyyətdə irqi ayrı-seçkilik hökm sürür və Fransaya qarşı fobiya adi hal alıbdır.

Məktubda deyilir: "Böhrana düçar olmuş bir ölkədə dağılma və çökmə təhlükəsi görünməkdədir. Bu hərc-mərclik və zorakılıq gözləntilərin əksinə olaraq, hərbi çevrilişə deyil, vətəndaş qiyamına səbəb olacaq".

Bir fransız medianın apardığı ən son rəy sorğusu göstərir ki, Fransa xalqının əksəriyyəti bir sıra generalların və hərbçilərin bu ölkədəki vəziyyətə düzəliş etmək üçün çevriliş və hərbçilərin müdaxiləsi ehtimalı barədə son xəbərdarlıq məktubu ilə razıdırlar.

Teqlər