May 24, 2021 18:41 Asia/Baku
  • ABŞ-da silahlı insidentlər səngimək bilmir

ABŞ mediaları bir məlumatda bu ölkədə ölümcül atəş açmaların davam etdiyini bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-da silahlı insidentləri qeydə alan mərkəzin məlumatına görə, cümə günüdən etibarən bu ölkənin təxminən 150 şəhərində silahlı insident qeydə alınıb. 

Mərkəzin məlumatına görə, ABŞ-da cari ilin ilk beş ayında təxminən 7 min 500 nəfər atışma nəticəsində həyatını itirib. 

ABŞ zorakılıq, girov götürmə və silahlı insident dalğası ilə üz-üzədir və ildə minlərlə insan bu ölkənin müxtəlif bölgələrində atışma nəticəsində ölüb və ya yaralanır. 

Rəsmi məlumatlara əsasən, ABŞ-da 270-300 milyon odlu silah var, yəni bu ölkədə təxminən adam başına bir silah düşür. 

ABŞ-da silah gəzdirmənin sərbəst olması hər gün atışma ilə əlaqədar zorakılıqların baş verməsinə səbəb olur ki, bu hadisələrdə bir neçə nəfər də həyatını itirir. Lakin bu ölkədə silah lobbisi o qədər güclüdür ki, indiyədək, Konqres silah gəzdirməni məhdudlaşdırmaq üçün heş bir tədbir görə bilməyib.

ABŞ-ın dünya əhalisinin yalnız 5 faizini təşkil etdiyinə baxmayaraq, odlu silahla kütləvi qırğın törədənlərin 31 faizini özündə ehtiva edir. 

Teqlər