Amerikada korona qurbanlarının naqis statistikası
Bir ameikan nəşri yazıb ki, ehtimal üzrə əksər hissəsi qaradərili və ya ispan mənşəli olan Amerikadakı korona qurbanlarının yüz min nəfərindən çoxu sayılmayıb.
SəhərAzəri-nin məlumatına əsasən, «Nyus-Uik» nəşri öz vebsaytında və Eli Kahanın qələmindən çıxan bir reportajda qeyd edib ki, korona pandemiyasının əvvəlindən bu xəstəliyə yoluxanlar və xəstəlikdən ölənlərdən bəzi halların ehtimal üzrə qeydə alınmamasından nigaran olan yoluxucu xəstəliklər üzrə mütəxəssislər Amerikada ölüm hallarının artım prosesini bu pandemiyanın nəticəsi biliblər.
Ötən 16 ayda Amerikada həyatını itirən şəxslərin ümumi sayı səkkiz il öncə vəfat edənlərin sayı ilə müqayisədə nəzərəçarpacaq həddədir.
Ümumdünya Səhiyyə Təşkilatının son zamanlar etdiyi hesablamaya görə, dünya səviyyəsində korona qurbanlarının real sayı rəsmi statistikada elan olunan rəqəmdən təqribən üç dəfə çoxdur.