İyun 21, 2021 17:06 Asia/Baku
  • Rusiyanın Vaşinqtondakı səfiri öz işinə qayıdıb

Amerika və Rusiya prezidentlərinin səfirlərin geri qaytarılması barədə razılaşmasından sonra, Rusiyanın Vaşinqtondakı səfiri yerli vaxtla bazar günü gecə bu ölkənin ABŞ-dakı səfirliyinə daxil olub.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya mediaları xəbər veriblər ki, bazar günü səhər Vaşinqtona yola düşən Anatoli Antonov bu ölkənin Amerikadakı səfirliyinə daxil olub və rəsmi olaraq yenidən öz işinə başlayıbdır.

Amerika-Rusiya münasibətlərindəki gərginliyə görə, Antonov məsləhətləşmələr üçün martın ortalarında Moskvaya çağırılmışdı. ABŞ-ın Moskvadakı səfiri Con Sullivan da eyni bəhanə ilə 2021-ci ilin aprelində Moskvaya qayıtmışdı.

TASS informasiya agentliyi bildirib ki, Antonov səfirliyin xidməti maşınında səfirlik ərazisinə daxil olubdur.

«Sputnik» informasiya agentliyinin məlumatına görə, o, yola düşərkən Amerika-Rusiya münasibətləri barədə nikbinlik ifadə edərək, deyibdir ki, iki prezidentin, yəni Putin və Baydenin Cenevrə görüşünün nəticələrinə əsaslanan nikbin baxışla Amerikaya yola düşür.

Mən amerikalı həmkarlarımla ədalətli və praktiki münasibətlər qurmaq üçün konstruktiv iş görməyi səbirsizliklə gözləyirəm. Sabah və yaxın günlərdə planlaşdırılmış tədbirlər, iclaslar və çoxlu işlər mövcuddur.-deyə Antonov vurğulayıb.

TASS informasiya agentliyi bildirib ki, ABŞ Dövlət Departamenti və Ağ Ev bu agentliyin ABŞ səfirinin nə vaxt Rusiyaya qayıdacağı sualına cavab verməkdən imtina ediblər.

İki ölkənin səfirlərinin geri qaytarılması haqqında razılaşma Co Bayden və Vladimir Putin arasında İsveçrənin Cenevrə şəhərində keçirilmiş görüşdə qəbul edilib.

Moskva ilə Vaşinqton arasındakı münasibətlər son bir neçə ildə Rusiyanın Amerika seçkilərinə müdaxiləsi iddiası, Aleksey Navalnı işi, Vaşinqtonun birtərəfli sanksiyaları, Ukrayna və Krım yarımadası böhranları kimi mövzular üstündə gərginləşibdir.

Teqlər