Qırğızıstan və Türkmənistan prezidentləri görüşüb
https://azeri.sahartv.ir/news/dünya-i378524-qırğızıstan_və_türkmənistan_prezidentləri_görüşüb
Aşqabadda Qırğızıstan və Türkmənistan prezidentləri Sadır Japarov və Qurbanqulu Berdiməhəmmədov arasında rəsmi görüş keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2021 15:12 Asia/Baku
  • Qırğızıstan və Türkmənistan prezidentləri görüşüb

Aşqabadda Qırğızıstan və Türkmənistan prezidentləri Sadır Japarov və Qurbanqulu Berdiməhəmmədov arasında rəsmi görüş keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Qırğızıstan prezidenti Japarov deyib: "Əməkdaşlıq üçün perspektivli yeni imkanlar, habelə mühüm beynəlxalq və regional məsələlər barədə tam qarşılıqlı anlaşılma mövcuddur".

Japarov, həmçinin bütün lazımi şərait və imkanlara malik olan Türkmənistanın, Qırğızıstandakı investisiya layihələrində geniş iştirak edəcəyinə ümidvarlıq ifadə edib.