200 ABŞ şirkətinə qarşı kiber hücumu
Bayden Rusiyanın bu işdə əlinin olmasına əmin deyil
ABŞ prezidenti yüzlərlə amerikalı şirkətə qarşı son kiber hücumu barədə deyib ki, hələ rusların bu hücumda əlinin olmasına əmin deyildir.
SəhərAzəri-nin məlumatına əsasən, Co Bayden bazar günü bu ölkənin kəşfiyyat təşkilatlarına göstəriş verdi ki, yüzlərlə amerikalı şirkətə qarşı son geniş və mürəkkəb kiber hücumunu təcili surətdə araşdırsınlar.
Bayden «Görən, Rusiya bu geniş hücumun arxasında olubdurmu?» sualına cavabda deyib ki; ilkin təxminlər budur ki, Rusiya dövlətinin əli olmayıb, amma hələ əmin deyiləm.
Amerika prezidenti bu kiber hücumunun miqyasının tez bir zamanda araşdırılması barədə göstəriş verməklə bərabər, təhdidlə bildiribdir ki, əgər Moskvanın bu macəranın arxasında durması müəyyən edilərsə, Vaşinqton da cavab verəcəkdir.
“Hunters Labs” kiber təhlükəsizliyi şirkəti şənbə günü bildirdi ki, Amerikada təqribən iki yüz biznes şirkəti böyük qəsb proqramları hücumu hədəfinə çevrilib.