Floridada bina hadisəsində ölənlərin sayı 54 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/dünya-i378865-floridada_bina_hadisəsində_ölənlərin_sayı_54_nəfərə_çatıb
Amerikanın Florida ştatının Mayami şəhərinin meri bu ştatdakı bir hündür mərtəbəli yaşayış binasında baş vermiş hadisədə ölənlərin sayının 54 nəfərə çatmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 08, 2021 16:50 Asia/Baku
  • Floridada bina hadisəsində ölənlərin sayı 54 nəfərə çatıb

Amerikanın Florida ştatının Mayami şəhərinin meri bu ştatdakı bir hündür mərtəbəli yaşayış binasında baş vermiş hadisədə ölənlərin sayının 54 nəfərə çatmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Mayami meri Danila Levin Kava deyib ki, Serfsayd rayonunda yerləşən «Çamplin qülləsi» adlı yaşayış kompleksinin dağıldı məkanda daha səkkiz cəsəd çıxarılıb və beləliklə bu hadisədəki tələfatın sayı 54 nəfərə çatıb.

Mayami meri qeyd edib ki, bu hadisədə 86 nəfər itkin düşüb.

Belə bir halda, bu hadisədən on gündən çox bir vaxt keçir.