Zaxarova qərbliləri tənqid edib
Rusiya xarici işlər nazirliyinin sözçüsü Qərb ölkələrinin Haiti prezidenti- Jovenel Moizin terror edilməsində bir amerikan təhlükəsizlik şirkətinin əlinin olması barədəki məlumatlara zəif reaksiya vermələrini kəskin tərzdə tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova bildirib ki, amerikalı hüquq fəallarının bu məsələyə qarışmamaları, qərblilər tərəfindən bu amerikan şirkətə qarşı bəyanatların verilməməsi və sanksiyaların tətbiq edilməməsi qəbuledilməzdir.
Haitinin 42-ci prezidenti olan Jovenel Moiz ötən çərşənbə axşamı günü naməlum şəxslərin silahlı hücumunda öldürüldü.
CNN telekanalı bildirdi ki, bu terrorun amillərindən bir çoxu Kolumbiya tərəfindən Amerikanın Florida ştatında yerləşən bir təhlükəsizlik şirkəti vasitəsilə işə götürülmüşdü.