Tokio Olimpiya oyunları ləğv oluna bilər
https://azeri.sahartv.ir/news/dünya-i379271-tokio_olimpiya_oyunları_ləğv_oluna_bilər
Tokio Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri oyunların ləğvi ehtimalını etiraf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2021 07:11 Asia/Baku
  • Tokio Olimpiya oyunları ləğv oluna bilər

Tokio Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri oyunların ləğvi ehtimalını etiraf edib.

SəhərAzəri-nin məlumatına əsasən, Tokio-2020 Yay Olimpiya Oyunlarının rəsmi açılışına təkcə üç gün qaldığı bir halda, yarışın Təşkilat Komitəsinin icraçı direktoru Toşiro Muto Yaponiyada koronavirusa yoluxanların sayının artmasını nəzərə alaraq, bu oyunların tamamilə ləğv edilməsini istisna etməyib.

2020 Olimpiya Oyunlarının açılış mərasimi bu həftənin cümə günü maliyyə sponsorların iştirakı olmadan bu keçiriləcək ki, bu da yarışa növbəti zərbədir.

Qeyd edək ki, koronavirusun yayılmasına görə bir il təxirə salınmış Tokio-2020 Yaya Olimpiya Oyunları ​​ tamaşaçısız keçiriləcək.