Zorakılıq aktlarının tüğyan etdiyi ölkə
ABŞ-da son bir həftədə 430 nəfər qətlə yetirildi
İyul 26, 2021 12:37 Asia/Baku
Son yeddi gün ərzində ABŞ ərazisində 915 silahlı insident baş verib. Nəticədə azı 430 nəfər həyatını itirib.
SəhərAzəri-nin məlumatına əsasən, ذu barədə qeyri-kommersiya təşkilatı olan “Gun Violence Archive”in məlumatında deyilir.
Silahlı insdientlər zamanı 1007 nəfər güllə yarası alıb.
Təşkilatın hesablamalarına görə, 2020-ci ildə ölkədə baş verən atışmalarda təxminən 43 min nəfər ölüb. Bu, indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.
Carı ildə ABŞ-da odlu silahdan istifadə nəticəsində 24 min şəxs həyatını itirib və bu say artmaqda davam edir.