Rusiya hələ koronanı aradan götürə bilməyib
https://azeri.sahartv.ir/news/dünya-i379480-rusiya_hələ_koronanı_aradan_götürə_bilməyib
Rusiya prezident administrasiyasının sözçüsü bildirib ki, bu ölkə hələ koronanı aradan götürə bilməyib, zira bu ölkədə koronaya qarşı vaksinasiya prosesi ləng gedir.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 27, 2021 15:13 Asia/Baku
  • Peskov
    Peskov

Rusiya prezident administrasiyasının sözçüsü bildirib ki, bu ölkə hələ koronanı aradan götürə bilməyib, zira bu ölkədə koronaya qarşı vaksinasiya prosesi ləng gedir.

SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Peskov qeyd edib ki, bu ölkə əsaslı surətdə koronavirus epidemiyasının aradan qaldırılmasının öhdəsindən gəlməyəcək və vaksinasiya yalnız xalqın müəyyən faizinin bu virusa yoluxmasını aradan qaldıra bilər.

Rusiyada korona ilə mübarizə qərargahı özünün son məlumatında bildiribdir ki, ötən sutka ərzində bu ölkədə 23 min 239 nəfər koronaya yoluxub və ya onların testi müsbət çıxıbdır və bu virusa yoluxanlardan 727 nəfər vəfat edibdir.

Koronavirus pandemiyasının başlanmasından bəri bu ölkədə altı milyon 172 min 812 nəfər bu virusa yoluxub, 155 min 380 nəfər də vəfat edibdir.

Rusiyadakı rəsmi məlumatlara əsasən, indiyədək bu ölkədə təqribən 48 milyon nəfər koronavirus peyvəndinin birinci və ikinci dozalarını vurdurubdur.