İyul 28, 2021 11:44 Asia/Baku
  • Bayden:

ABŞ prezidenti Co Bayden ötən gün xəbərdarlıq edib ki, əgər gələcəkdə ABŞ böyük bir güclə həqiqətən də silahların atəş açdığı bir müharibəyə girərsə, bunun səbəbi ABŞ-a edilən mühüm bir kiber hücum olacaq".

SəhərAzəri-nin Röyters-ə istinadən verdiyi məlumata görə, Baydenin son açıqlamaları, Çin və Rusiya kimi ölkələrin ABŞ-a yaratdığı artan kiber təhlükəyə işarə edir.

Görünən odur ki, kiber təhlükəsizliyi qorumaq Bayden hökumətinin ən vacib gündəmlərindən biridir. Son aylarda "SolarWinds", "Colonial Pipeline", "JBS" şirkəti və "Cassia Software" kimi şirkətlərə edilən geniş haker hücumları, ABŞ-ı hakerlərin hədəf aldığı ən əhəmiyyətli ölkəyə çevirib.

Bayden ABŞ Milli Kəşfiyyat rəhbərinin ofisini ziyarət edərkən, bu haqda deyib: "Düşünürəm ki, bu məsələ bir gün müharibəyə səbəb olacaq - böyük bir güclə, həqiqətən də silahların atəş açdığı bir müharibə, bunun səbəbi çox böyük nəticələri olan bir kiber pozuntu halı olacaq".

Ağ Ev, son aylarda dəfələrlə Rusiya hökumətini ona qarşı kiber hücumlar təşkil etməkdə günahlandırıb. Bayden Çin təhdidlərinə də toxunaraq, Çin prezidenti Şi Cinpini Çin ordusunu dünyanın ən güclü ordusuna çevirmək və Çini yaxın 20 ildə dünyanın ən böyük və ən görkəmli iqtisadiyyatına çevirmək üçün ölümcül şəkildə ciddi olan bir şəxs kimi xarakterizə edib.

 

Teqlər