Moskva: "ABŞ Rusiyaya qarşı kiber ittihamlar irəli sürərək xarici düşmən axtarır"
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Vaşinqtonun kiber ittihamlarını rədd edərək, deyib: "ABŞ -ın Rusiyaya qarşı kiber iddiaları, onun xarici düşmən tapmaq üçün avantürasının tərkib hissəsidir".
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Qərb ölkələrinin, Rusiyada sentyabr ayında keçiriləcək seçkilərdən əvvəl təxribatlar hazırladıqlarını bəyan edərək, əlavə edib: "Rusiya kəşfiyyatı, Qərbin parlament seçkiləri ərəfəsində gərginliyi artırmağı düşündüyünün fərqindədir".
Rusiya Prezident Administrasiyası bu yaxınlarda Duma seçkilərinin sentyabrın 19-da keçiriləcəyini açıqlayıb.
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru, həmçinin Qərb ölkələrinin, Kremlin müxalifətçisi Aleksey Navalnının zəhərlənməsi ilə bağlı ittihamlarına cavabda qeyd edib ki, həqiqəti bilirlər.
Narışkin, ABŞ-ın, Rusiyanı kiber hücumda ittiham etməsinə də aydınlıq gətirib. O, deyib: "ABŞ-ın Rusiyanın 2021-ci ilin aralıq seçkilərində müdaxiləsinə dair iddiaları, Demokrat Partiyasının mümkün məğlubiyyətini əsaslandırmaq məqsədi daşıyır".
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ prezidenti Co Bayden Vaşinqtonun kiber hücumlar səbəbindən bir global güclə müharibəyə girəcəyini iddia edərək, Rusiyanı dolayısı ilə təhdid edib.