İtaliyanın cənubunda baş verən yanğınlarda 5 nəfər həyatını itirib; YUNESKO-nun irsi təhlükədədir
https://azeri.sahartv.ir/news/dünya-i380004-İtaliyanın_cənubunda_baş_verən_yanğınlarda_5_nəfər_həyatını_itirib_yunesko_nun_irsi_təhlükədədir
İtaliyada dəhşətli yanğınlar elə bir halda sürətlə genişlənir ki, indiyə qədər yanğında ən azı 5 nəfər həyatını itirib və UNESCO-nun Dünya İrsi olan qədim fıstıq meşələri təhlükə altındadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2021 15:25 Asia/Baku
  • İtaliyanın cənubunda baş verən yanğınlarda 5 nəfər həyatını itirib; YUNESKO-nun irsi təhlükədədir

İtaliyada dəhşətli yanğınlar elə bir halda sürətlə genişlənir ki, indiyə qədər yanğında ən azı 5 nəfər həyatını itirib və UNESCO-nun Dünya İrsi olan qədim fıstıq meşələri təhlükə altındadır.

SəhərAzəri-nin məlumatına əsasən, yanğınlardan ən çox ziyan çəkmiş Kalabriyanın cənub-qərb bölgəsinin icra orqanı Romadan bu bölgədə fövqəladə vəziyyət elan etməsini istəyib. 

Məlumata əsasən, yerli rəsmilər xüsusi olaraq, Kalabriyada "Aspromonte" dağlıq əraziləri yandıran və hektarlarla meşə və otlağı məhv edən yanğınları söndürməklə məşğuldurlar. 

Aspromonte Milli Parkın Baş İdarəsindən Sputnik -ə verilən məlumata görə, alovlar UNESCO -nun Dünya İrsi siyahısında qeydə alınan qədim fıstıq meşələrini təhdid edir.